Prezident İlham Əliyev Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
E-huquq.az xəbər verir ki, fərmana əsasən, iki ildən bir verilən Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatının məbləği 30 min manatdan 40 min manata çatdırılıb, sayı isə 5-dən 3-ə endirilib.
Mükafat hər cüt ildə 28 may — Müstəqillik Günü ərəfəsində komissiyanın qərarı ilə dövlət büdcəsinin vəsaiti hesabına verilir.
Bu Fərman 2024-cü il iyulun 1-dən qüvvəyə minir.