EN

Bakı və Abşeron əhalisinə XƏBƏRDARLIQ: Gecə saatlarından başlanan küləyin sürəti daha da artacaq

Küləyin daha da güclənəcəyini nəzərə alaraq əhaliyə ehtiyatlı davranmaq tövsiyə olunub.

"Sinoptiklər Bakı və Abşeron yarımadasında gecə saatlarından başlanan küləyin sürətinin daha da artacağını proqnozlaşdırır. İndiki saatlarda da  güclü külək əsdiyindən vətəndaşlardan xahiş edirik ki, evdən çıxarkən ehtiyat tədbirlərini unutmasınlar."

Ekologiya.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib. 

"Milli Hidrometerologiya Xidmətinin məlumatına görə, gün ərzində küləyin sürəti saniyədə 33-38 metr arasında dəyişəcək. Bizim dəyişməz tövsiyəmiz isə odur ki, əhali ehtiyatlı olsun. Tikinti işləri gedən obyektlərin, yüngül konstruksiyaların, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərin altında dayanmaq təhlükəlidir.

Nəqliyyat vasitələrinin də təhlükəsiz yerlərdə saxlanmasına diqqət etmək gərəkdir.  Qabaqcadan tədbirli olaq ki, güclü küləyin yarada biləcəyi fəsadlardan qoruna bilək."
Chosen
215
16
ekologiya.az

10Sources