Avropa İttifaqı Şurasının sədri Şarl Mişel 30 il Ermənistanın Qarabağı işğal etməsinə niyə susduqları sualına cavab verə bilmədi.
NOCOMMENT.az xəbər verir ki, Mişel Avropa siyasi icmasının sammitinin keçirildiyi İspaniyanın Qranada şəhərində jurnalistlərin suallarını cavablandırıb.
Azərbaycanlı jurnalist Mişele xatırladıb ki, Ermənistanın Qarabağı işğalı zamanı 1 milyon azərbaycanlı qaçqın düşüb.
O, Avropa İttifaqının 30 ildir ki, bu barədə niyə danışmadığını soruşub. Mişel bu suala cavab verməkdə çətinlik çəkdi.
“Cənab Mişel, 1 milyon insan Qarabağdan didərgin düşdüyü halda Avropa niyə 30 il susdu? Bəs niyə indi Ermənistanın adından danışır? Sizcə, Avropa bundan sonra qərəzsiz vasitəçi ola bilərmi?” sualına o belə cavab verdi:
“Birinci cavabım bəli. Aİ qərəzsiz vasitəçidir, çünki Aİ-nin gizli gündəmi yoxdur. Bizim gündəliyimiz kifayət qədər aydındır. Məqsədimiz rifah, sabitlik, təhlükəsizlik və əlaqəni təmin etməkdir”.
Aİ-nin niyə “30 ildir susduğunu” cavablandıra bilməyən Mişel Azərbaycan və Ermənistan arasında apardıqları vasitəçiliklə bir çox mövzuda irəliləyiş əldə etdiklərini müdafiə edib.
Bizim Youtube kanalımıza abunə olun