“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıların həyatına son qoymaqda davam edir”.“Bu gün Tərtərdə mina partlaması nəticəsində daha bir azərbaycanlı mülki şəxs həlak olub. 44 günlük müharibənin bitməsindən sonra mina qurbanlarının sayı 330-a çatıb. Beynəlxalq ictimaiyyət Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir”, – deyə paylaşımda qeyd olunub.