EN

Ombudsman 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı məsələni nəzarətə götürdü

Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat araşdırılaraq Ombudsman tərəfindən nəzarətə götürülüb.

Bu barədə Publika.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, azyaşlının hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi və məsələnin nəzarətdə saxlanılması məqsədilə Elm və Təhsil Nazirliyinə, Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müvafiq sorğular göndərilib.

Chosen
151
23
publika.az

10Sources