EN

2023-cü ildə Azərbaycanda təşkil olunan beynəlxalq yarışların sayı

2023-cü ildə Azərbaycanda 91 beynəlxalq yarış keçirilib.Bu barədə Metbuat.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.Bildirilib ki, qurumun 2023-cü il üçün təsdiq etdiyi Respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin vahid təqvim planına əsasən, il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə 318 ölkə miqyaslı, 91 beynəlxalq miqyaslı turnir təşkil olunub.

Bundan əlavə, 630 beynəlxalq yarışda milli komandaların iştirakı təmin edilib. İdman növləri üzrə yığmalar 12 gündən az olmayaraq, 399 dəfə təlim-məşq toplanışında iştirak ediblər.

Chosen
72
3
metbuat.az

4Sources