EN

Bakıda məmurla keçmiş sevgilisi arasında yarım milyonluq qalmaqal davam edir

Dövlət Radiotezliklər İdarəsinin əməkdaşı Adəm Mirzəyevin əsas fiqurant olduğu 434 min manatlıq qalmaqal davam edir.  Qaynarinfo xəbər verir ki, bir müddət əvvəl Adəm Mirzəyevin şikayəti əsasında onun evinin yaxınlığında fəaliyyət göstərən gözəllik salonunda çalışan Sevinc Bədəlova saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sevinc Bədəlova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İş materiallarına əsasən Sevin Bədəlova Adəm Mirzəyevə Latviyanın paytaxtı Riqada yaşayan qardaşının vəfat etdiyini, ondan külli miqdarda əmlak qaldığını deyib. Sevinc Bədəlova ona əmlakları adına keçirərək biznes qurmağı təklif edib. Bu məqsədlə də o, 2016-2019-cu illər ərzində Adəm Mirzəyevdən 434 min manat pul alıb.
Maraqlıdır ki, Bakı Apellyasiya Məhkəməsi Sevinc Bədəlova haqqında bəraətverici əsaslarla hökm çıxarıb.
Əldə etdiyimiz məlumata görə, Adəm Mirzəyev Sevinc Bədəlovanı həbs etdirməkdə israrlıdır. Çünki o, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.
İş hakim Tahir Kazımovun icraatındadır. Prosesin vaxtı hələ ki, bəlli deyil.
Qeyd edək ki, mediada dərc olunan məlumata görə, Sevinc Bədəlova Adəm Mirzəyevin yaşadığı binanı yaxınlığındakı gözəllik salonunda çalışıb. Burada tanış olan hər iki tərəfin münasibətləri sonradan 3-4 il sevgililər kimi davam edib

Chosen
398
12
tribunainfo.az

10Sources