EN

Azərbaycanda Vergi Məcəlləsi dəyişdi – MÜHÜM FƏRMAN

Prezident İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti fiziki şəxslərin binalara görə əmlak vergisi ödəməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini 6 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, qanundan irəli gələn digər məsələləri həll etməli, eləcə də aşağıdakı normativ hüquqi aktları 3 ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir:

- Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydası və şərtləri;

- həmin Məcəllənin 15.1.15-4-cü maddəsinə uyğun olaraq, vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi qaydası;

- həmin Məcəllənin 16.1.11-13-cü maddəsinə uyğun olaraq, taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısı;

- həmin Məcəllənin 85.6.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası;

- həmin Məcəllənin 102.1.14.33-cü maddəsinə uyğun olaraq, dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının məbləği;

- həmin Məcəllənin 111.4-cü maddəsinə uyğun olaraq, müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması qaydası;

- həmin Məcəllənin 119.2-ci maddəsinə uyğun olaraq, nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydası;

- həmin Məcəllənin 164.1.25-ci maddəsinə uyğun olaraq, idxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin siyahısı;

- həmin Məcəllənin 164.1.31-ci maddəsinə uyğun olaraq, idxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı;

İqtisadiyyat Nazirliyi isə 2024-cü il iyulun 1-nə qədər tütün məmulatlarını ölkəyə idxal edən və yaxud ölkə ərazisində istehsal edən bütün sifarişçilərin Dövlət Vergi Xidmətinin Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (“Təqib və İzləmə”) Sisteminə qoşulmasını təmin etməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Chosen
114
50
sportinfo.az

10Sources