EN

"Azəriqaz" bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz" İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Publika.az-a “Azəriqaz”dan məlumat verilib.

“Azəriqaz” abonentlərin nəzərinə çatdırır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər: “Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə də mesajlarını göndərə bilərlər. Bayram günlərində Birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) əməkdaşları dekabrın 31-dən yanvarın 6-də saat 10:00-dan 14:00-dək BRQSD-nin inzibati binası və Xəzər xidmət sahəsində xidmət göstərəcəklər”.

Bildirilir ki, həmçinin yanvarın 3-4-də saat 10:00-dan 16:00-dək Sabunçu, dekabrın 31-dən yanvarın 5-də saat 10:00-dan 14:00-dək Qaradağ xidmət sahələrində əsasən itirilmiş və ya zədələnmiş smart-kartların bərpası, qüsurlu ödənişlərin bərpası, koda düşmüş kartların bərpası, bir sözlə abonentin qazsız qalmaması üçün ən zəruri əməliyyatların icrası təmin ediləcək.

Chosen
191
50
publika.az

10Sources