EN

QAİ ATƏT sədrinin ədalətsiz mövqeyini pisləyib

Qərbi Azərbaycan İcması ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin 2023-cü il 6 oktyabr tarixli açıqlamasını yersiz hesab edir. 
İcmanın bununla bağlı açıqlamasın­da deyilir ki, ATƏT özünün kif basmış, tarixin arxivinə getmiş yanaşmasından hələ də tam xilas olmayıb: “B.Osmani­nin diqqətinə çatdırırıq ki, Azərbaycan ərazisində “Stepanakert” adlı bir ərazi yoxdur. ATƏT-in fəaliyyətdə olan səd­rinin Azərbaycanla “Yerdə beynəlxalq mövcudluq üçün müzakirələr davam etməlidir” tonunda danışması istehza doğurur. “Müstəqil beynəlxalq müşahi­də missiyası”ndan dəm vuran sədr hiss olunur ki, bəzi anti-Azərbaycan dairələ­rin təsirinə düşüb”. 
Daha sonra bildirilir ki, “Mübahisələ­rin güc yolu ilə həlli qəbuledilməzdir” deyən ATƏT 30 il ərzində Ermənis­tanın Azərbaycan ərazilərinin işğalı­nı, etnik təmizləmə siyasətini bir dəfə də pisləməyib: “Ermənilərin qayıdışı, onların hüquq və təhlükəsizliyinin qo­runmasının Azərbaycanın məsuliyyəti olmasından danışan B.Osmaniyə sual vermək istərdik ki, bəs, Ermənistan necə, deportasiya etdiyi azərbaycan­lıların hüquq və təhlükəsizliyini təmin etməməlidir? ATƏT-in fəaliyyətdə olan sədrini öz açıqlamalarında diqqətli və məsuliyyətli olmağa çağırırıq”.
XQ

Chosen
267
24
xalqqazeti.az

10Sources