EN

Suverenliyimizin tam bərpası ili

Dövlətimiz uğur estafetini  növbəti ilə ötürmək əzmindədir
Yola saldığımız 2023-cü il digər sahələrdəki ciddi uğurlarımızla yanaşı, Qarabağ iqtisadi rayonunun bütün ərazisində suverenliyimizin tam bərqərar olması ilə əlamətdardır.
Üçrəngli Dövlət Bayrağımız bu il Xankəndi, Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində ucaldıldı. Noyabrın -də –Z əfər Günündə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Qalib ordunun şəxsi heyəti müzəffər Ali Baş Komandanın dayandığı tribunanın önündən inamla addımladı. Ancaq Zəfərə gedən yol heç də asan olmadı. Hətta çox çətin, qanlı-qadalı oldu. Azərbaycan xalqı bu anın yetişməsini 3 ildən çox səbirlə gözlədi. Ölkəmizin dilbər güşəsi Qarabağın dağlıq hissəsində ötən əsrin -ci illərinin sonundan separatçı ünsürlərin Azərbaycandan ayrılmaq, Ermənistana birləşmək (miatsum) tələbləri ilə başlatdıqları mitinq və nümayişlər, bunun İrəvan və Moskva tərəfindən dəstəklənməsi proseslərin getdikcə daha kəskin xarakter almasına rəvac verdi. Azərbaycanlı əhali əvvəlcə Ermənistandakı tarixi yurd-yuvalarından, sonra isə keçmiş DQM-nin erməni əhalinin çoxluq təşkil etdiyi yaşayış məntəqələrindən zorla çıxarıldı. Ərazimizdə separatçı xunta rejimi yaradıldı. 
1992-ci ilin əvvəlindən Ermənistanın Azərbaycana qarşı başlayan silahlı təcavüzü keçmiş DQM-yə bitişik  rayonunun ( Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam) işğal altına düşməsi ilə nəticələndi. Ümumilikdə, ərazimizin  20 faizi işğal olundu, bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrildi. 1994-cü ilin mayında Bişkek şəhərində atəşkəsə dair sazişin imzalanması ilə başlanan danışıqlar prosesi 6 il ərzində heç bir səmərə vermədi. Ermənistan tərəfi danışıqlarda vaxt udmağa, “status-kvo”nu möhkəmləndirməyə çalışdı, eyni zamanda, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirdi. 
İrəvan, hətta, keçmiş DQM-yə daxil olmayan rayonları belə qaytarmaqdan imtina etdi. Həmin rayonları “Qarabağın təhlükəsizliyi üçün bufer zona” hesab etdiyini bildirdi. Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu il avqustun 5-də Xankəndi şəhərinə növbəti dəfə gəlişi zamanı bədnam “Qarabağ Ermənistandır və nöqtə” fikrini səsləndirdi. Azərbaycan haqlı olaraq, Paşinyanın sözlərini münaqişənin həlli üçün aparılan danışıqlardan imtina kimi qəbul etdi. Ermənistanın hərbi-siyasi rəhbərliyinin sonrakı təxribatları  günlük ətən müharibəsinin başlanmasında xüsusi rol oynadı. Həmin təxribatlardan ən “məşhuru” hazırda İrəvanda dəmir barmaqlıqlar arxasında saxlanılan və məhkəmənin barəsində çıxaracağı hökmü gözləyən sabiq müdafiə naziri David Tonoyanın 2019-cu ilin aprelində ortaya atdığı “Yeni müharibə – yeni ərazilər” tezisidir. Tonoyan bu tezislə ölkəsinin siyasətinin formulunu ortaya qoymuşdu. Bu, o demək idi ki, münaqişənin təzələnməsi halında Ermənistan nəinki müdafiəni möhkəmləndirməyi, həm də təsir zonasını genişləndirməyi, başqa sözlə desək, yeni ərazilər ələ keçirməyi nəzərdə tutur. 
Həmin günlərdə Paşinyan jurnalistlərin Tonoyanın mövqeyinə dair sualına cavab olaraq demişdi: “ Əgər o başqa cür danışsaydı, mən onu vəzifədən azad edərdim”. Paşinyan bununla Tonoyanla həmfikir olduğunu ortaya qoymuşdu. Hərçənd ki, 2016-cı ilin Aprel döyüşlərinin nəticələri qüvvələr nisbətinin ölkəmizin xeyrinə dəyişdiyini və məhz Azərbaycanın öz ərazilərini azad edə biləcəyini göstərmişdi. Vətən müharibəsi bu həqiqəti bir daha təsdiqlədi. 
Döyüş meydanında qisasını alan, işğal altındakı torpaqlarını azad edən Azərbaycan daha sonra qondarma rejimin nəsarəti altında yaşayan insanların reinteqrasiya prosesinə start verdi. Buna baxmayaraq, edilən bütün cəhdlər uğursuzluqla nəticələndi. Əksinə, ölkəmiz Ermənistanın və qondarma rejimin yeni təxribatları ilə üzləşdi. Bütün bunlar sentyabr ayında lokal xarakterli antiterror tədbirlərinin görülməsinə gətirib çıxardı. Bir sutkadan az davam edən antiterror tədbirləri nəticəsində separatçı rejim ağ bayraq qaldıraraq təslim oldu. Xunta rejimi Qarabağın erməni əhalisini bölgəni tərk edərək Ermənistana köçməyə məcbur etdi. Bununla belə, Azərbaycan bu gün də Qarabağ erməniləri üçün, necə deyərlər, qapıların açıq olduğunu bəyan edir. Yeganə şərt Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkəmizin pasportunu daşımaq və qanunlara əməl etməkdir. Eyni zamanda, bu zaman azərbaycanlıların Ermənistan ərazisindəki yurd yerlərinə geri qayıtması məsələsi də gündəmə gəlir. 
2023-cü ilin sonunda xalqımız daha bir tarixi hadisəyə şahidlik etdi. Dekabrın 1-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. Oyunu tarixi edən işğaldan azad edilmiş ərazilərdə futbol matçının ilk dəfə keçirilməsi idi. 
Bu il həm də Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların davam etdirilməsi ilə yadda qaldı. 3-cü ildə Azərbaycan və Ermənistan rəhbərləri arasında ümumilikdə  rəsmi, 1 qeyri-rəsmi görüş baş tutub. Eləcə də Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin il ərzində  rəsmi, 1 qeyri-rəsmi görüşü keçirilib.
İli dəyərləndirən xarici işlər naziri  Ceyhun Bayramov da dekabrın 28-də keçirdiyi mətbuat konfransında 2023-cü ilin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə yadda qaldığını bildirib. Qeyd edib ki, bu proses zamanı bəzi dairələrin açıq qərəz və ikili siyasət yürütməsinə baxmayaraq, Azərbaycanın qətiyyətli və prinsipial yanaşması bu istiqamətdə olan çağırışların öhdəsindən gəlməyə imkan verib. 
Onu da qeyd edək ki, Ermənistan ilin ilk üç rübündə, yəni sentyabr ayınadək aşkar destruktiv siyasət yürütsə də, İrəvanın sonrakı davranışında müəyyən pozitiv elementlər nəzərə çarpır. Buna misal olaraq, noyabrın 30-da Azərbaycan–Ermənistan şərti sərhədində iki ölkənin baş nazirlərinin müavinləri – Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdikləri dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların iclasını göstərmək olar. Heç bir vasitəçinin iştirakı olmadan keçirilən həmin iclasda müəyyən nəticə əldə olunub. Tərəflər iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar. 
Eyni zamanda, dekabrın 29-də Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan baş naziri aparatı saxlanılan şəxslərin qaytarılmasına dair yaydıqları birgə açıqlama da diqqəti cəlb edir. Bu razılaşma da Bakı və İrəvan arasında aparılan birbaşa danışıqlar nəticəsində əldə olunub. 
Yaranmış müsbət zəmin qarşıdan gələn 2024-cü ildə Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən sülh müqaviləsinin imzalanması perspektivlərini artırır. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev də bugünlərdə “TRT orld” telekanalına müsahibəsində ölkəmizin Ermənistanla sülh müqaviləsi bağlamaq üçün ciddi maneə görmədiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin dekabrın 6-da Sankt- Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Ermənistanın baş naziri N. Paşinyanla qeyri-rəsmi söhbəti Azərbaycan tərəfindən iki ölkə arasında sülh gündəliyinin təşviqi istiqamətində səmərəli və konstruktiv təmas kimi qiymətləndirilib: “Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün əlavə ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var”. 
Danışıqlarda irəliləyişə nail olmaq üçün münbit zəminin yarandığı fikrini xarici işlər naziri Ceyhun Bayramov da vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh üçün mühit önəmlidir: “ 2023-cü ilin sonunda müəyyən müsbət nəticələrin birbaşa təmaslar nəticəsində əldə olunmasına diqqəti çəkmək istəyirəm. 2024-cü ildə sülh istiqamətində inkişafa nikbin baxırıq. Eyni zamanda, öz tərəfimizdən legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüququ əsas götürərək üzərimizə düşən müsbət qarşılıqlı addımları atmağa hazırıq”.
Nazirin sözlərinə görə, sülh istiqamətində hər hansısa müsbət irəliləyiş olarsa, bu ümumi prosesə yaxşı mənada təsir edə bilər: “Bu mənada, dekabrdakı inkişaf ciddi etimad quruculuğu tədbiri kimi qiymətləndirilə bilər. Razılıq iki ölkə arasında birbaşa əldə edilib, üçüncü ölkənin iştirakı baş verməyib”.
Göründüyü kimi, 2023-cü ili uğurla başa çatdıran Azərbaycan növbəti ildə sülh müqaviləsinin imzalanması ilə uğurunu davam etdirmək əzmindədir. Sülh isə təkcə Azərbaycan üçün deyil, Ermənistan, bütövlükdə region və dünya üçün faydalıdır. İrəvanla danışıqlarda müşahidə olunan müsbət dinamika gələn il bölgədə davamlı sülhün bərqərar olacağına ümidləri artırır.
Səxavət HƏMİD
XQ
 
Zaur MƏMMƏDOV,
politoloq
– İl ərzində baş verənlər ölkəmiz üçün, sözsüz ki, önəmli və ciddi hadisələrdir. Müxtəlif qüvvələr düşünürdülər ki, onlar ətən müharibəsindən sonra yaranmış vəziyyəti qoruyub saxlayacaq və separatçı rejimin ləğvinə heç bir halda imkan verməyəcəklər. Lakin Azərbaycan prinsipial mövqe nümayiş etdirdi və “erməni məsələsi” Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək istəyən qüvvələrə, necə deyərlər, göz dağı oldu. Azərbaycan Ordusu bir daha peşəkarlığını nümayiş etdirdi və nəticə hamıya məlumdur.
Həm antiterror tədbirlərindən əvvəl, həm də ondan sonra müxtəlif dövlətlər tərəfindən ölkəmizə təzyiqlər edilir. Fransa başda olmaqla, Qərbdəki bəzi dövlətlər BMT Təhlükəsizlik urasında, ayrı-ayrı beynəlxalq təşkilatlarda ölkəmizə qarşı sanksiyalardan, hansısa qətnamələrin qəbulundan danışırlar. Hadisələr göstərdi ki, ölkəmiz qarşısında kim olmasından asılı olmayaraq, haqlı mövqeyindən çəkilməyəcək. Fransanın iki diplomatının ölkəmizdən çıxarılması da bunun bir nümunəsi idi. lbəttə, ankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılması, Qərbi Azərbaycan mövzusunun danışıqlar prosesinə daxil edilməsi, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə eyni vaxtda azərbaycanlıların Ermənistana qayıdışının gündəmə gətirilməsi Cənubi Qafqazdakı proseslərdə yeni səhifədir. Bu, onu göstərir ki, Azərbaycan dövləti hər bir vətəndaşının maraqlarını müdafiə edir.
İl ərzində Azərbaycan ətrafında baş verən hadisələr fonunda ölkəmizin müstəqilliyini daha da möhkəmləndirməsi xalqımız və dövlətimiz üçün çox vacib idi. lbəttə, -cü ildə də qarşıya qoyulan məqsədlərə nail olunması üçün işlər davam etdiriləcək. Gələn il həm də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bu seçkilər qalib xalqın iştirak edəcəyi və ölkəmizin bütün ərazisində keçiriləcək ilk seçkilər olacaq. Sözsüz ki, bu da tarixi hadisədir.

Chosen
389
50
xalqqazeti.az

10Sources