Yaponiyanın qərbindəki İsikava prefekturasında iki güclü zəlzələ baş verib, yealtı təkanlar Osaka və Kioto şəhərlərində, eləcə də Tokioda hiss olunub.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, ilk zəlzələ 5,7 maqnitudada, ikincisi 7,4 maqnitudada qeydə alınıb.
Ölkə ərazisində sunami təhlükəsi elan edilib.
Dağıntılar və itkilər dəqiqləşdirilməyib.