EN

İcazə və buraxılış kartı olmadan sərnişin və yük daşınmasına görə cərimə tətbiq olunacaq

Bakı. Trend:

Bu gündən icazə və ya buraxılış kartı olmadan avtomobilnəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud icazə şərtlərininpozulmasına görə yeni cərimələr müəyyənləşib.

Trend xəbər verirki, bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksinitapıb.

Qanuna əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindəntaksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görəvəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manatməbləğində cərimə ediləcək.

Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minikavtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrartörədilməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində,hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişinvə yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri iləsərnişin daşınmasına görə qırx manat məbləğində cərimə ediləcək.Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin vəyük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri iləsərnişin daşınmasına görə inzibati tənbeh almış şəxs tərəfindəninzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir ilərzində təkrar törədilməsinə görə səksən manat məbləğində cəriməediləcək.

Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı iləqeyri-müntəzəm sərnişin və yük daşıma qaydalarını pozmaqla yük vəqeyri-müntəzəm sərnişin daşınmasına görə əlli manat məbləğindəcərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatıilə qeyri-müntəzəm sərnişin və yük daşıma qaydalarını pozmaqla yükvə qeyri-müntəzəm sərnişin daşınmasına görə inzibati tənbeh almışşəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyəmindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə yüz manatməbləğində cərimə ediləcək.

Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük vəqeyri-müntəzəm sərnişin

daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manatməbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cəriməediləcək. Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük vəqeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə inzibati tənbehalmış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyəmindiyi gündəm bir il ərzində təkrar törədilməsinə görə vəzifəlişəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər iki min dörd yüzmanat məbləğində cərimə ediləcək.

Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili),şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişindaşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadanmüntəzəm sərnişin daşımalarının təşkilinə görə vəzifəli şəxslər üçyüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğindəcərimə edilir. Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutüzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqındamüqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkilinə görəinzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh verməhaqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrartörədilməsinə görə min manat məbləğində cərimə ediləcək.

Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri iləAzərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yükdaşımalarının yerinə yetirilməsinə görə dörd yüz manat məbləğindəcərimə edilməsi təklif olunur.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Chosen
375
49
az.trend.az

10Sources