EN

DİN-dən əhaliyə MÜRACİƏT

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

Yenicag.az müraciətin mətnini təqdim edir:

“Azərbaycan tarixdə ilk dəfə yeni ilə bütöv, ərazi bütövlüyü tam bərpa edilən dövlət kimi daxil oldu. Vətənimizə xidmətdən qürur duyuruq.

Xidmətimiz quruda, suda, havada, metro stansiyalarında, yollarda gücləndirilmiş rejimdə davam edir. İstirahət günlərinin təhlükəsiz şəraitdə keçməsi üçün daxili işlər orqanlarının hər bir əməkdaşı əzmlə, fədakarlıqla, fasiləsiz çalışır.

Xahişimiz ondan ibarətdir ki, hər bir şəxs ictimai qaydaya əməl etməli, digər şəxslərin hüquqlarına hörmətlə yanaşmalıdır. Təhlükəsizlik fərdi məsələ deyil, hər kəsin əməl etməli, qorumalı olduğu dəyərdir, niyyətdir”.

Chosen
234
43
yenicag.az

10Sources