EN

Uşaqlar sosial şəbəkələrdən niyə asılıdır?

"Azərbaycanda hal-hazırda ən aktual olan problemlərdən biri də uşaqların sosial şəbəkələrdən asılı vəziyyətdə olmasıdır".

Bu sözləri klinik psixoloq Səbinə Şirəlizadə "Cebhe.info"ya açıqlamasında deyib.

O bildirib ki, valideynlər övladlarını telefondan və televizordan uzaqlaşdıra bilməməkdən şikayət edirlər:

"Çünki artıq uşaqlarda asılılıq yaranıb. Hətta qadınların hamilə olduğu zamanda telefonla çox vaxt keçirməsi belə onların bətnindəki körpələrə mənfi təsir edir. Şüa uşaqlarda əqli gerilik və autizmin yaranmasına gətirib çıxara bilər.

Ümumiyyətlə, sosial şəbəkələrin uşaqlara bir çox mənfi təsirləri var. Belə ki, sosial şəbəkələr uşaqlarda aqressiya və qorxu kimi psixoloji problemlər yaradır. Həmçinin, onların gözlərində zəiflik, eləcə də qıc olma, ürəklərində və digər daxili orqanlarında fizioloji problemlər də yarana bilir".

Psixoloq uşaqları maksimum dərəcədə sosial şəbəkələrdən uzaq saxlamağı tövsiyə edib:

"Onlarla zehni və əyləncəli oyunlar oynamaq daha məqsədəuyğundur. Yəni sosial şəbəkələrdə keçirilən vaxtı belə oyunlarla əvəz etmək lazımdır. Valideynlərə övladları ilə daha çox zaman keçirməyi tövsiyə edirəm. Təəssüf ki, bir çox valideyn övladına sakit qalması və ya yemək yeməsi üçün telefon verir. 

Yəni özlərinin rahatlığı üçün uşaqlara telefon vermələri yanlışdır. Hətta 1-2 yaşlı uşaqlara sosial şəbəkə hesabları açırlar. Əslində uşaqlar 7-8 yaşından sonra sosial şəbəkədən müəyyən vaxt ərzində istifadə etməlidir. O da ki, yarım saatı keçməməlidir. Yəni sadəcə dərslə bağlı məlumat almaq üçün çox az istifadə edə bilərlər".

Chosen
371
40
cebheinfo.az

10Sources