EN

Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb - Faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə Naxçıvan Muxtar Respublikasında qısamüddətli yağıntı olub.Xidmətdən verilən xəbərə görə, düşən yağıntının miqdarı Ordubadda 5 mm, Şahbuz, Naxçıvan 1 mm-dək olub.Zərdab, Biləsuvar, Gəncə, Yevlax, Şamaxı, Qobustanda duman müşahidə olunub.Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16-21 m/s-dək, Lerikdə 18 m/s, Altıağacda 17 m/s, Şəkidə isə 15 m/s-dək güclənib.Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,7 metrə çatıb.Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, aran rayonlarında 16 dərəcəyədək isti, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti olub.Poliqon.info

Chosen
223
49
poliqon.az

10Sources