Yaponiyada altıncı gündür davam edən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 126-ya çatıb.
Bu barədə Yaponiyanın regional hakimiyyət orqanları məlumat yayıb.
Xilasedicilər zəlzələlər nəticəsində uçan evin dağıntıları altında 124 saat qalan qadını sağ tapıblar.
Qeyd edək ki, xilas edilən qadının 90-dan çox yaşı var. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Mənbə: Gazeta.ru