EN

Prezident seçkiləri ilə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlandı

Bakı. Trend:

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar AzərbaycanRespublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statusluseçki subyektlərinin maarifləndirilməsi proqramı ardıcıl vəsistemli şəkildə davam edir.

Mərkəzi Seçki Komissiyasından Trend-ə bildirilib ki, MSK Daxiliİşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası”hazırlayıb.

Qurumlararası əməkdaşlıq çərçivəsində reallaşdırılan layihəninəsas məqsədi polis əməkdaşlarının qarşıdan gələn seçkilərdə xidmətifəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıqsəviyyəsinin yüksəldilməsidir.

Nəşrdə Prezident seçkilərinin hazırlanması və keçirilməsidövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü və rəsmiseçki sənədlərinin daşınması, mühafizə olunması proseslərində polisəməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş xidmətivəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, habelərol və vəzifələri aydın şəkildə göstərilib.

Polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulan yaddaşkitabçası Azərbaycan Respublikasının Konstitusiyası, SeçkiMəcəlləsi, “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu vəMərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterlisənədlər əsasında tərtib olunub.

“Polis əməkdaşları üçün yaddaş kitabçası” Mərkəzi SeçkiKomissiyasının rəsmi internet səhifəsində (www.msk.gov.az) dəyerləşdirilib.

Chosen
125
28
az.trend.az

10Sources