EN

“Turan Tovuz” ev oyunlarını günorta saatlarında keçirəcək

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında ev oyunlarını günorta saatlarında keçirəcək.

Bu barədə MediaPost-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, çempionatın XVIII turunda “Araz-Naxçıvan”la oyun zamanı aşan işıqlandırma sistemi hələ düzəldilməyib. Problem həllini tapana qədər tovuzlular ev matçlarını günorta saatlarında keçirməli olacaqlar.

Klub qırılan projektorla bağlı da heç bir addım atmayıb, hazırda gözləmə mövqeyi tutur. Rəhbərlik bunun üçün aidiyyəti qurumlardan yekun rəy gözləyir.

Qeyd edək ki, ötən il dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının gedişində Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb. Bu səbəbdən matçın qalan dəqiqələri ertəsi gün oynanılıb.

Xəbərlər departamenti

Chosen
52
23
mediapost.az

10Sources