EN

Xumar Novruzova: "Xroniki təngnəfəsliyin ürək və ağciyərlərlə bağlı olmayan səbəbləri az deyil"

Təngnəfəslik insanda hava çatışmazlığı ilə xarakterizə edilir. Bu, insanlar arasında yayılmış bir şikayət olub, bir çox səbəblərdən əmələ gəlir. Səbəblərin bəziləri fizioloji olub sağlam insanlarda fiziki aktivlik, həyəcan, stress zamanı yaranaraq heç bir həkim müdaxiləsi olmadan keçib gedir. Digər hallarda isə dərhal həkimə müraciət olunmalı və təcili yardım göstərilməlidir.
 
 
Aztibb.az-ın xəbərinə görə, Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova bildirib ki, təngnəfəslik kəskin, yəni ani olaraq yaranıb bir neçə saat, hətta bir neçə gün davam edə bilir. Bu halın səbəbləri çox müxtəlifdir: allergiya nəticəsi olaraq angeonevrotik ödem, bronxial astma tutması, ağciyər tromboemboliyası, kəskin miokard infarktı, travma nəticəsində plevra boşluğuna toplanan hava, yəni pnevmatoraks və s. Bu, ciddi və hayati təhlükə yaradan hallar təcili aradan qaldırılmazsa, xəstənin ölümü ilə nəticələnə bilər.
 
Xumar Novruzova qeyd edib ki, uzun aylar və illər davam edən, həyat üçün anidən təhlükə yaratmasa belə, həyat keyfiyyətini aşağı salan xroniki təngnəfəslik halları da az deyil. Ürək-qan damar sistemi ilə bağlı olan xəstəliklər: Xroniki ürək çatışmazlığı; Anemiya; Kardiomiopatiya; Miokardit, endokardit, perikarditlər.
 
"Tənəffüs sistemi ilə bağlı xəstəliklər: Xroniki bronxit; ACXOX (ağciyərin xroniki obstruktiv xəstəliyi); BA (bronxial astma); Pnevmoniyalar; Ağciyər ödemi; Plevritlər; Vərəm; Ağcyərın bədxassəlı törəmələri və s. Xroniki təngnəfəsliyin ürək və ağciyərlərlə bağlı olmayan səbəbləri də az deyil. Bəzi dərman vasitələri, məsələn yüksək xolesterinə görə təyin edilən statinlər, ürək ritminə təsir edən b-blokerlər təngnəfəsliyə səbəb ola bilər. Bədən kütlə indeksinin yüksək olması, yəni piylənmə, nevrasteniya, travma nəticəsində baş verən qabirğa sınığı, oturaq həyat tərzi, miasteniya (irsi əzələ zəifliyi) təngnəfəsliyin (dispnoe) yaranmasına şərait yaradır.
 
Təngnəfəslik kimi ciddi simptomu yaradan səbəbləri araşdırıb aradan qaldırmaq üçün həkimə müaraciət etməniz məsləhətdir. Ümumiyyətlə isə, sağlam həyat tərzi, idman, artıq çəkidən azad olmaq və tütündən imtina etmək bir çox xəstəliklərdən, eləcə də təngnəfəslikdən xilas olmağa yol açır", - deyə teapevt əlavə edib.
Chosen
300
30
aztibb.az

10Sources