EN

Lənkəranda 700 ədəd metadon aşkarlandı

Qaradağ rayonunda keçirilən əməliyyat zamanı Lənkəran sakinindən 6 kiloqram marixuana və 700 ədəd metadon həbi aşkar edilib.

 

7Times.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN)məlumat yayıb.

 

Qeyd edilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Səngəçal qəsəbəsi ərazisində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran şəhər sakini 1992-ci il təvəllüdlü Fəxrəddin Bağırlı saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi “KİA” markalı avtomobildən 6 kiloqrama yaxın qurudulmuş marixuana və 700 ədəd psixotrop tərkibli metadon həbi aşkar olunaraq götürülüb. F.Bağırlı ondan aşkar olunan narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Chosen
107
29
nocomment.az

10Sources