EN

Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni dəmir yolu xətti çəkiləcək

Heydər Əliyev Beynəlxalq Aeroportuna yeni dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur.



NUHÇIXAN xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Sənədə əsasən, məqsəd, dəmir yol şəbəkəsinin inkişaf etdirilməsi və ictimai nəqliyyat əlaqələndirməsində rolunun artırılmasıdır.
Əsas hədəflər arasında hava limanı ərazisinə gediş-gəliş imkanlarının genişləndirilməsi, yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat imkanlarının təmin edilməsi (dəmir yolu əlaqəsi), hava limanı ərazisinə gediş-gəlişlərin 30 %-nin dəmir yolu nəqliyyatı hesabına təmin edilməsi (sərnişinlər və işçi heyət), uzunmüddətli inkişaf seçimlərinin nəzərdən keçirilməsi daxildir.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Chosen
126
10
nuhcixan.az

10Sources