EN

"Kəpəz" klubu mövsümün ikinci yarısında da ev oyunlarını Tovuzda keçirmək istəyir

"Kəpəz" klubu mövsümün ikinci yarısında da ev oyunlarını Tovuz şəhər stadionunda keçirmək istəyir.

Bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

"Hələlik bununla bağlı yekun bir şey yoxdur. Hazırda müzakirə gedir", - bölgə klubundan bildirilib.

"Sarı-göylər" Azərbaycan Premyer Liqasının XIX turunda isə "Turan Tovuz"u Qəbələ şəhər stadionunda qəbul edəcək. "Kəpəz" tərəfi rəqib məhz Tovuz təmsilçisi olduğu üçün bu addımı atdıqlarını vurğulayıb. Qərb derbisi yanvarın 22-də, saat 17:30-da start götürəcək.

Qeyd edək ki, "Kəpəz" Gəncə şəhər stadionundakı yenidənqurma ilə əlaqədar 2023-cü il oktyabrın ortalarından ev matçlarını Tovuzda keçirib. Komanda Premyer Liqada 18 turdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.

Chosen
101
3
report.az

4Sources