EN

FAO: Azərbaycanda fındıq istehsalının 60-70 %-i kiçik fermerlər hesabına təşkil olunur

Azərbaycanda fındıq istehsalının 60-70 %-i kiçik fermerlər hesabına təşkil olunur və fındıq bağları onlar üçün ikinci dərəcəli gəlir mənbəyidir.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin “Azərbaycanda fındıq dəyər zəncirində yaşıl enerji imkanları” ilə bağlı hesabatında qeyd edilib.

"2015-ci ilə qədər ölkədə fındıqçılıq bazarı daha az inkişaf etmişdi. Kiçik sahibkarlar fındıqçılıqda könəlmiş texnikadan istifadə edirdilər. Bu isə aşağı məhsuldarlıqla nəticələnirdi. Həmçinin, ölkədə fındıqçılığın emalı yaxşı təşkil edilməmişdi. Bu sahədə istehsalı və ixracı artırılması məqsədi ilə yeni dövlət proqramları qəbul edilib və fındıqçılıq ölkəyə gəlir gətirə bilən sahə olaraq müəyyənləşdirilib", - planda qeyd olunub.

Hesabata əsasən, 2021-ci ildə fındıq bağlarının ümumi sahəsi 73,3 min hektar civarında olub ki, bunun da 94 %-i fermerlərin, qalan 6 %-i isə, yəni 4,25 min hektarı kommersiya qurumlarının payına düşür.

"İstehsalın 95 %-i əsasən Şəki-Zaqatala bölgəsinin payına düşür. Bu region fındıq istehsalı üçün münbit torpağa malikdir və bu iki rayondakı fəaliyyətlər ölkənin fındıq bazarına güclü təsir göstərir və formalaşdırır", - planda bildirilir.

Chosen
84
4
ikisahil.az

5Sources