ADY artmaqda olan sərnişin tələbatını nəzərə alaraq axşam reysləri təyin edib
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC cümə günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq axşam reysləri təyin edib. AYNA xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumata görə, yanvarın 19 və 26-da və fevralın 2-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 14, 21 və 28-də və fevralın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləmək və yaxud www.ady.az saytına keçid etmək lazımdır.