Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyunMərkəzi Seçki Komissiyası (MSK) daha dörd nəfərin namizədliyini qeydə alıb.Olaylar.az-ın məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında verilib.Belə ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.Bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə çatıb.Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.Bu günə qədər 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənməsi üçün müraciət edib.