"Azərbaycan Dəmir Yolları" QSC (ADY) cümə günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq axşam reysləri təyin edib.
News24.az bildirir ki, bu barədə ADY-na istinadən məlumat verir.
Qeyd edilib ki, yanvarın 3-19-26-da və fevralın 2-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 14-21-28-də və fevralın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün "ADY Mobile" tətbiqini yükləmək və yaxud www.ady.az saytına keçid etmək lazımdır.