EN

Polşanın eks DİN rəhbəri istintaq təcridxanasında aclıq elan etdi

Polşa Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq rəisi, istintaq təcridxanasına yerləşdirilən Mariuş Kaminski aclıq aksiyasına başlayıb. 

Qaynarinfo xəbər verir ki, onun jurnalistlərə açıqlamasını "Hüquq və ədalət” partiyasındakı həmkarı Blazey Pobojiy oxuyub.

Kaminski özünü siyasi məhbus adlandırıb. "Həbsdə olduğum ilk gündən aclıq aksiyasına başlayıram. Bildirirəm ki, korrupsiyaya qarşı mübarizəyə və deputat mandatımdan məhrum etmək üçün qanunsuz hərəkətlərə görə mənin mühakimə edilməyim siyasi qisas aktıdır”, - deyə eks-nazir bildirib.

Xatırladaq ki, Mariuş Kaminski və onun müavini olmuş Maçey Vonsik dövlət başçısı Anjey Dudanın müşavirlərinin təyin edilməsi mərasimində iştirak etdikləri zaman prezident sarayında saxlanılıblar.

Polşa Daxili İşlər Nazirliyinin məlumatına görə, keçmiş nazir və onun keçmiş müavini "məhkəmə qərarına əsasən” saxlanılıb.

Kaminski və Vonsik 2019-2023-cü illərdə nazir vəzifələrində çalışıblar. Keçən ilin sonunda onlar "Qanun və ədalət” partiyasından Polşa Seyminə (parlament) seçiliblər, lakin sonda mandatlarından məhrum ediliblər.

2015-ci ildə siyasətçilər 2007-ci ildə torpaq qalmaqalı ilə bağlı cinayət işində vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz əməliyyat fəaliyyətində təqsirli biliniblər. 2015-ci ildə Anjey Duda Mariuş Kaminski və Maşey Vonsiki amnistiyaya salıb. Eyni zamanda, hazırda Donald Tuskun rəhbərlik etdiyi Polşa hökuməti əmindir ki, dövlət başçısının bunu etməyə haqqı olmayıb. 2023-cü ilin dekabrında məhkəmə Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbərinin işi üzrə yeni qərar çıxararaq, onu iki il müddətinə azadlıqdan məhrum edib.

Nizami Bağırov
Chosen
212
23
qaynarinfo.az

10Sources