EN

Ötən il ADY üzrə konteyner daşımaları 100 min TEU-nu keçib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) üzrə 2023-cü ildə daşınan universal konteynerlərin həcmi 100 min TEU-nu keçib.

“Report” xəbər verir ki, bu barədə məlumatı ADY yayıb.

Bildirilib ki, 2022-ci illə müqayisədə daşınan universal konteynerlərin həcmi 24 min TEU və ya 30% çox olub.

Məlumata görə, bu artım konteyner idxalının 77 %, ixracın isə 159 % artmasının göstəricisidir.

Chosen
125
2
report.az

10Sources