EN

Azərbaycan Gürcüstana 16 ceyran bağışlayıb

Azərbaycan Gürcüstana daha 16 ceyran - Tbilisinin son on ildə populyasiyasını bərpa etməklə məşğul olduğu antiloplar cinsindən olan nadir heyvanlar köçürüb.Bu barədə Mühafizə olunan ərazilər üzrə Milli Agentlik məlumat yayıb.Ceyranlar Azərbaycan-Gürcüstan sərhədi yaxınlığındakı Dedoplistskaro bələdiyyəsinin Samuxi qoruq ərazisinə buraxılıb.Сeyranlar gürcü zooloqlarını xüsusi narahat edən mövzudur. Keçən əsrin 60-cı illərinə qədər bu heyvanların böyük populyasiyası Samuxi vadisində mövcud idi. Lakin urbanizasiya və brakonyerlik səbəbindən ceyranlar yoxa çıxmağa başladı.2013-cü ildə populyasiyanın bərpası üzrə proqram başlanıldı. Həmin vaxt Azərbaycanın Şirvan Milli Parkından ölkəyə on ceyran gətirilmişdi. İndi Gürcüstanda onların sayı 300-dən çoxdur.Heyvanlara nəzarət edilir və təhlükəsiz yaşayış mühitini təmin etmək üçün tədbirlər görülür. Layihə Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən dəstəklənir.Mənbə: apsny.ge

Chosen
647
1
sherg.az

2Sources