EN

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxslər belə xilas edildi – FOTO  

Yanvarın 16-da saat 16:50-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən sahildən 6 mil məsafədə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. 

Daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib. 

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 18:45-də dənizdə köməksiz vəziyyətdə qalmış Astara rayonu Şahağacı kənd sakinləri sərhədçilər tərəfindən xilas edilərək sahilə çıxarılıb. 




Bizim.Media
 

Chosen
195
49
bizim.media

10Sources