EN

Fatih Terimin qızı buna görə tənqid edildi - FOTO

Türkiyənin “Qalatasaray” klubunun və yığmasının keçmiş baş məşqçisi Fatih Terimin qızı Buse Terim sosial şəbəkəərdə müzakirə obyektinə çevrilib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb Busenin geyindiyi ayaqqabı olub.

Sosial şəbəkə hesabında yeni fotolarını paylaşan Buse keçi dırnağına bənzəyən ayaqqabısı ilə xeyli diqqət çəkib.

Sosial şəbəkə istifadəçiləri ayaqqabıya görə Buseni tənqid atəşinə tutublar. Onlar Fatih Terimin qızını pulunu düzgün xərcləməməkdə ittiham ediblər.

"Pul artıq olanda nə geyinəcəklərini bilmirlər", "Allah bilir, buna neçə min pul ödəyib. Pulsuz versələr heç alamaram", "Həyatımda bu qədər pis olan çox az şey gördüm" kimi sözlər yazaraq Buse Terimin ayaqqabısını bəyənmədiklərini qeyd ediblər. 

 

 

 

Chosen
257
44
baku.ws

10Sources