Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
2023-cü ilin yekun siyahısında Azərbaycanın 3 təmsilçisi yer alıb.
Ötən ay 84-cü yerdə olan “Qarabağ” 11 pillə yüksələrək 73-cü yerdə qərarlaşıb. "Qarabağ"ın hesabında 145,5 xal var.
“Neftçi” və “Sabah” isə siyahıda geriləyib. “Neftçi” (53,75 xal) 378-ci yerdən 469-cu pilləyə enib. “Sabah” isə (55,5 xal) 391-ciliyi 436-cı pilləyə dəyişib.
Siyahının ilk "3-lüyü" isə belədir:
“Mançester Siti” (359 xal);
“Real” (332 xal);
“İnter” (289).