EN

“Qarabağ” irəliləyib, “Neftçi” və “Sabah” geriləyiblər - ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” dünya reytinqində irəlilədiyi halda “Neftçi” və “Sabah” komandaları geriləyiblər.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

702 komandadan ibarət 2023-cü ilin yekun siyahısına Azərbaycanın yenə 3 təmsilçisi düşüb.

Ötən ay 84-cü yerdə qərarlaşmış “Qarabağ” 73-cü pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 145,5 xal var.

“Neftçi” və “Sabah”da isə geriləmə müşahidə edilib. “Neftçi” (53,75 xal) 378-ci yerdən 469-cu pilləyə enib. “Sabah” isə (55,5 xal) 391-ci pilləni 436-cı sıraya dəyişib.

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (359 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikincidirsə, İtaliyanın “İnter” (289) kollektivi üçüncü yerdədir.

Sıralamada ilk 20 pillədə qərarlaşmış komandaların siyahısı belədir:

  1. Mançester Siti (İngiltərə) – 359 xal
  2. Real (İspaniya) – 332 xal
  3. İnter (İtaliya) – 289 xal
  4. Əl-Əhli (Misir) – 275,5 xal
  5. PSV (Niderland) – 243,5 xal
  6. Bayer (Almaniya) – 236 xal
  7. Fluminense (Braziliya) – 233 xal
  8. Fiorentina (İtaliya) 227,5 xal
  9. Palmeyras (Braziliya) – 226 xal
  10. Portu (Portuqaliya) – 225 xal
  11. Fortaleza (Braziliya) – 219,5 xal
  12. Roma (İtaliya) – 216,5 xal
  13. Bayern (Almaniya) – 216 xal
  14. Flamenqo (Braziliya) – 216 xal
  15. Sportinq (Lissabon, Portuqaliya) – 210 xal
  16. Vest Hem (İngiltərə) – 206,5 xal
  17. Barselona (İspaniya) – 204 xal
  18. San Paulo (Braziliya) – 204 xal
  19. Leypsiq (Almaniya) – 197 xal
  20. Yunion (Belçika) – 195 xal
Chosen
192
18
arena.az

10Sources