EN

Bu seçkilər Azərbaycanın gələcək siyasi tarixini müəyyən edəcək - Türk professor

Bakı. Trend:

Fevralın 7-də keçiriləcək Prezident seçkilərinin nəticəsiQarabağ zəfəri ilə əldə edilən uğurların qorunub saxlanılması,Azərbaycanın təhlükəsizliyinin təmin olunması baxımından çoxəhəmiyyətli olacaq. Seçkilər bir növ Azərbaycanın gələcək siyasitarixini də müəyyən edəcək.

Trend xəbər verir ki, bunusecki-2024.az saytına açıqlamasında Türkiyə UludağUniversitetinin professoru Mehmet Yüce deyib.

O bildirib ki, Qarabağ zəfəri Azərbaycan üçün yeni eranınbaşlanması deməkdir. Azərbaycan 30 il beynəlxalq qurumlar və qlobalgüclər tərəfindən ədalətli yanaşma görməyib: "Qarabağ Qələbəsi iləAzərbaycan ədaləti gücü hesabına təmin edən, işğal altında olantorpaqlarını azad edən, ərazi bütövlüyünü və suverenliyini tambərpa edən bir ölkə kimi özünü dünyaya tanıdıb. Xarici siyasətdəAzərbaycan hazırda regional sülhün və sabitliyin təmin olunmasınaçalışır, Türk Dünyasında aparıcı rol oynayır, enerji sahəsindəAvropa İttifaqı ilə əməkdaşlıq edir, Qoşulmama Hərəkatına rəhbərlikedir, bir sözlə regionda etibarlı və güclü dövlət olduğunu bir dahasübut edir. Azərbaycan Türkiyə ilə ittifaqda olan və qlobalproblemlərə qarşı öz sözünü deyən bir ölkəyə çevrilib”.

O qeyd edib ki, daxili siyasətdə Qarabağı dirçəldən, ciddisərmayələrə evsahibliyi edən, postneft inkişaf modelini həyatakeçirməyə çalışan, xarici investorlar üçün cazibə mərkəzi olan,davamlı inkişafı hədəfləyən Azərbaycan var: “Odur ki, Azərbaycanxalqı bu seçkidə səs verməklə ölkənin yeni dövrünün qurulmasındaəsas rol oynayacaq. Bu seçkilərin nəticəsi Azərbaycanın yenidövrünü formalaşdıracaq. Digər tərəfdən, ölkənin bütün ərazisində,o cümlədən, işğaldan azad edilmiş bölgələrdə ilk dəfə seçkikeçirilməsi də Azərbaycanın siyasi bütövlüyünü bütün dünyaya bəyanedəcək”.

Chosen
237
50
az.trend.az

10Sources