EN

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları artdı

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 18 milyard 156,4 milyon manat, qeyri-neft-qaz sektoru üzrə daxilolmaları isə 17 milyard 418,4 milyon manat təşkil edib.

Yenicag.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2022-ci ilə nisbətən müvafiq olaraq 18 % və 13,5 % çoxdur.

Ötən il neft-qaz sektoru üzrə büdcə daxilolmalarının 11 milyard 737,6 milyon manatı Dövlət Neft Fondundan (ARDNF) transfertlərin (əvvəlki illə müqayisədə 48,1 % çox), 6 milyard 418,8 milyon manatı isə vergi daxilolmalarının (13,9 % az – Dövlət Neft Şirkətinin (SOCAR) vergi ödəmələri, “Azəri-Çıraq-Günəşli” neft yataqları və “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət vergisi) payına düşüb.

Chosen
250
50
yenicag.az

10Sources