Səhiyyə Nazirliyi 2023-cü ildə aparılan sonuncu yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi cədvəlini açıqlayıb.
Aztibb.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Müraciət edənlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Tarix və vaxt | İxtisas |
24 yanvar 2024-cü il saat 10:00 | Ümumi cərrahiyyə Travmatologiya – ortopediya Mamalıq-ginekologiya Hematologiya Dermatovenerologiya Üz-cənə cərrahiyyəsi |
25 yanvar 2024-cü il saat 10:00 | Nevrologiya Şüa- diaqnostikası Nefrologiya Revmatologiya Qastroenterologiya Daxili xəstəliklər |
26 yanvar 2024-cü il saat 10:00 | Endokrinologiya Sosial gigiyena və səhiyyənin təşkili Yoluxucu xəstəliklər Kardiologiya Parodontologiya Ortopedik stomatologiya Ortodontiya |
29 yanvar 2024-cü il saat 10:00 | Pediatriya Urologiya Onkologiya Ailə təbabəti Neyrocərrahiyyə Plastik cərrahiyyə Otorinolarinqologiya Allergologiya və immunologiya |
30 yanvar 2024-cü il saat 10:00 | Anesteziologiya-reanimatologiya Oftalmologiya Ftiziatriya Fizioterapiya və tibbi bərpa Tibbi mikrobiologiya Laboratoriya işi Epidemiologiya Uşaq cərrahiyyəsi Patoloji anatomiya,məhkəmə-tibbi ekspertiza Psixiatriya Narkologiya |