EN

Neft-qaz sektorundan büdcəyə 18 milyard manat daxil olub

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 18 milyard 156,4 milyon manat, qeyri-neft-qaz sektoru üzrə daxilolmaları isə 17 milyard 418,4 milyon manat təşkil edib. Bu da əvvəlki ilə müqayisədə müvafiq olaraq 18 faiz və 13,5 faiz çoxdur. 
Maliyyə Nazirliyinin məlumatına görə, ötən il neft-qaz sektoru üzrə büdcə daxilolmalarının 11 milyard 737,6 milyon manatı Dövlət Neft Fondundan trans­fertlərin (əvvəlki illə müqayisədə 48,1 faiz çox), 6 milyard 418,8 milyon manatı isə vergi daxilolmalarının (13,9 faiz az – Dövlət Neft Şirkətinin vergi ödəmələri, “Azəri-Çıraq-Günəşli” neft yataqları və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət vergisi) payına düşüb.
XQ

Chosen
202
7
xalqqazeti.az

2Sources