EN

"Qaz limitlərinin ləğvi gündəmdə deyil" - Azəriqaz

Əhali qrupu üzrə tətbiq olunan qaz limitlərinin ləğvi gündəmdə deyil.AzVision.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib. O bildirib ki, bu məsələyə baxılmayıb.

R.Əliyev həmçinin ötən gün rekord həcmdə 48 mln. kubmetr qaz qəbul edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 mln. kubmetr qaz çoxdur.

Qeyd edək ki, ötən il SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 47,1%-i (1 199 375 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək, 12 qəpik) keçməyib. Hesabat dövründə abonentlərin 39,3%-i (998 946 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində, 20 qəpik) yararlanıb. Ötən il 346 557 abonent (ümumi abonentlərin 13,6 %-i) 25 qəpiklik tarifdən istifadə edib.

Aytən Zəhra
AzVision.az

Chosen
124
1
azvision.az

10Sources