EN

2023-cü ildə Azərbaycanda tikinti materiallarının istehsalı - 32% ARTIB

2023-cü ildə Azərbaycanda 1 milyon 180,3 milyon manat ($694,3 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 31,8% çoxdur.

 

Azərbaycanda sement istehsalı 5 faizə yaxın artıb

FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə respublikada 3,725 milyon ton sement (artım 4,6%), 31,3 min kubmetr betondan yığma tikinti konstruksiyaları (azalma 37,5%), 159,3 min ton asfalt (azalma 27,2%), 616,7 min kubmetr tikinti kərpici (azalma 19,1%) və 8,807 milyon kvadratmetr tikinti şüşəsi (artım 12,9%) istehsal edilib.

Bundan başqa, 3,869 milyon ton sement klinkeri (artım 36,9%), 85 min ton tikinti gipsi (artım 98,1%), 4,054 milyon ton hazır beton qarışığı (azalma 7,6%) və 44 min ton tikinti əhəngi (azalma 5%) istehsal edilib.

2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manat (cari məzənnə ilə $638,8 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur. (İnterfaks-Azərbaycan)

Chosen
232
50
fed.az

10Sources