EN

İlk dəfə səs verəcək tələbələr üçün maarifləndirici seminarlar davam edir

Fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə maarifləndirici seminarların keçirilməsi davam edir.Secki-2024.az saytının xəbərinə görə, seminarların təşkilində əsas məqsəd tələbə gəncləri seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə məlumatlandırmaq, həmçinin fevralın 7-də keçiriləcək seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Cari il yanvarın 12-dən 24-dək təhsil müəssisələrində keçirilən sessiyalarda səsvermə hüququna malik ümumilikdə 15 minə yaxın tələbə iştirak edib.

MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mütəmadi təşkil olunan sessiyalara ötən ilin dekabrın 27-dən etibarən başlanılıb və bu zamanadək 100-dən çox təhsil müəssisəsində görüşlər reallaşıb. Genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan məlumat sessiyalarının ölkə üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin hər birində davam etdirilməsi nəzərdə tutulub.

Chosen
281
1
yeniazerbaycan.com

10Sources