Bakı. Trend:
Paytaxt ərazisində üzərində qanunsuz olaraq “Makarov” gəzdirəndaha bir şəxs saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.
Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyatyolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davametdirilir.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarıtərəfindən həyata keçirilən tədbir zamanı Bakı şəhər sakiniəvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Nemət Şükürovüzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.
Ondan 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədədpatron darağı aşkar olunaraq götürülüb.
N.Şükürov silahı bir müddət əvvəl əldə etdiyini, amma polisəkönüllü təhvil vermək əvəzinə, satmaq niyyəti ilə özündəsaxladığını bildirib.
Faktla bağlı Sabunçu RPİ 13-cü PŞ-də araşdırmalar davametdirilir.