Şimali Koreya Honq-Konq və Liviyadakı diplomatik nümayəndəliklərini bağlayıb.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Koreya Respublikasının hesablamalarına görə, 2023-cü ilin ikinci yarısından bəri 9 diplomatik qurumu bağlanılıb.
Qeyd edək ki, daha əvvəl Koreya Xalq Demokratik Respublikası (KXDR) Anqola, Banqladeş, Qvineya, İspaniya, Nepal, Seneqal və Uqandadakı səfirliklərin fəaliyyətini dayandırıb.