EN

Elektron pul təşkilatı kimi fəaliyyət göstərmək üçün 1 müraciət daxil olub-Fərid Osmanov

Hazırda ödəniş bazarında fəaliyyət göstərən 1 təşkilat elektron pul təşkilatı kimi fəaliyyət göstərmək üçün Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin təşkilatın müraciətinə baxılır: "Bu proses davamlı olaraq həyata keçiriləcək".

AMB-nin qərarına görə, elektron pul təşkilatlarının nizamnamə kapitalına tələb 750 min manat səviyyəsində müəyyən olunub.

Chosen
223
3
ikisahil.az

10Sources