EN

Dünyanın hər yerində gənclik gözəllikdir, ümiddir

“Gənclik xoşbəxtdir, çünki gözəlliyi görmək qabiliyyətinə malikdir” - Frans Kafka

Deyirlər ki, dünyanın iki ən dəyərli hədiyyəsi qadın sevgisi və gəncliyin gözəlliyidir. Çox vaxt qadınlardan danışsaq da, bu gün fürsətdən istifadə edərək gənclər haqqındda söhbət açaq. Gənclik insanın sahib ola biləcəyi ən dəyərli nemətdir, onsuz insan 35 yaşında ola bilər, amma özünü 85 yaşında hiss edər. Dünyada gənclərə həmişə bəşəriyyətin “gələcəyi” kimi yanaşılır, həm də onlara bir növ həsədlə baxılır, çünki onların enerji səviyyələri zirvədədir.

Beləliklə, gənclər haqqında bir az daha çox öyrənmək üçün vaxt ayıraq:

Gənclik yaşını müəyyənləşdirmə ölkədən ölkəyə dəyişir

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, gənclər 15-24 yaş arasında olan insanlardır. Ancaq fərqli ölkələrdə fərqli təriflər var. Nigeriyada gənclər 18-35 yaş arası insanlar hesab edilir. Hindistanda 2014-cü il Milli Gənclər Siyasətinə əsasən, 15-29 yaşlı insanlar gənclərdir.

Dünyada gənclərin sayı potensial olaraq yüksəkdir

Gənclər hazırda dünyada təxminən Hindistanın əhalisi qədər, 1,2 milyarddan çox insanı təşkil edir. 2015-ci ildə uşaqlarla birlikdə gənclərin sayı dünya əhalisinin 40%-ni təşkil edirdi.

Dünya gənclərinin əksəriyyəti bütün inkişaf etməkdə olan ölkələrdə cəmlənib. Gənclərin sayına görə birinci yerdə Hindistan, ikinci yerdə Çin, üçüncü yerdə isə müvafiq olaraq İndoneziya və ABŞ gəlir.

Gənclər Günü təkcə 2 fevralda qeyd olunmur

12 avqust Beynəlxalq Gənclər Günü olduğu halda, dünyanın müxtəlif yerlərində gənclər günü başqa günlərdə də qeyd olunur. Tanınmış hind rahibi Svami Vivekandanın doğum günü 12 yanvar Hindistanda Milli Gənclər Günü kimi qeyd olunur. Sinqapurda Gənclər Günü 2 iyulda bayram edilir. Ölkəmizdə isə 2 fevral Gənclər Günüdür.

Təəssüf ki, dünyada işsizlərin əksəriyyəti gənclərdir

Müasir dünyada işsizlik ən əsas problemlərdən biridir. Bəs siz bilirdinizmi ki, cəmiyyətin bundan təsirlənən əsas təbəqəsi gənclərdir?

Cənubi Afrika işsiz gənclərin ən yüksək faizinə malik ölkə kimi birinci yerdədir. Bunun səbəbləri arasında bacarıqların uyğunsuzluğu və rəqəmsal uçurumun təsiri var.

Evsiz gənclərin 35%-dən çoxu 24 yaşdan kiçikdir

Məlum statistik məlumatlara görə, bütün dünyada gənclərin 35%-dən çoxu evsizdir.

Dünyada bəzi şirkətlər yeni gəncliyi “saxlamaq” istəmir; daha təcrübəli olanları istəyirlər. Məşğulluqda məqbulluq rəqabətin artmasına səbəb olur. Əhalinin artması ilə eyni vaxtda yoxsulluğun və evsiz gənclərin sayının artması “odun üstünə duz səpir”.

Gənclər və siyasət

BMT-nin 2030-cu il Gündəliyinin əsas prinsipi “Heç kimin geridə qalmayacağına” əminlikdir. Dayanıqlı İnkişaf Məqsədləri bütün millətlər, hər yaşda olan bütün xalqlar və bütün cəmiyyətlər üçün nəzərdə tutulub. 2030 Gündəliyinin universal xarakteri gənclərin bütün məqsədlər və hədəflər üzrə nəzərə alınmasını nəzərdə tutur. Gənclər xüsusi olaraq dörd sahədə qeyd olunur: gənclərin məşğulluğu, yeniyetmə qızlar, təhsil və sülh naminə idman.  Gənclər öz potensiallarını həyata keçirmək və gələcək nəsillər üçün uyğun bir dünya təmin etmək həvalə edilmiş dəyişikliyin agentləri olacaqlar.

Bütün dayanıqlı inkişaf məqsədləri gənclərin inkişafı üçün mühüm əhəmiyyət kəsb etsə də, təhsil və məşğulluq sahələrində hədəflərin reallaşdırılması Ümumdünya Gənclər Hesabatının son nəşrində gənclərin ümumi inkişafı üçün əsas kimi vurğulanır.

​Gənclər cəmiyyətimizin tikinti materialıdır, təməlidir. Kim olmasından və ömrünün sonrakı illəri ərzində nələr qazanmasından asılı olmayaraq, hər kəs daha qayğısız olan gənclik illərinə qayıtmaq istəyir.

Biz daim gənclərimizə dəyər verməyi özümüzə borc bilməliyik.

Nubar Süleymanova, “İki sahil”

Chosen
471
17
ikisahil.az

10Sources