İtaliya millisinin sabiq qapıçısı Salvatore Siriqunun yeni klubu müəyyənləşib.
Qol.az xəbər verir ki, 36 yaşlı qolkiper Fransanın "Nitsa" klubuna keçib. Bu barərdə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Son klubu "Fiorentina" olan qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Siriqu karyerası ərzində İtaliyada "Palermo", "Venetsiya", "Kremoneze", "Torino", "Cenoa", "Napoli", Fransada PSJ, İspaniyada "Sevilya", "Osasuna"da çıxış edib.