Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada qazaxıstanlı Rizabek Aytmuxanla üz-üzə gəlib.
Rəqibinə uduzan Nurmaqomedov gümüş medalla kifayətlənib.