Prezident İlham Əliyevin seçkiərdə qalib gəlməsi seçkini müşahidə edən yerli və beynəlxalq təşkilatlarla yanaşı, seşkiyə namizəd kimi qatılmış şəxslər və müxalifət siyasi partiyalar tərəfidən rəsmən təsdiqlənib. Artıq bütövlükdə ölkə ictimaiyyəti prezident İlham Əliyevin qələbəsini etiraf edir, üstəlik qələbə münasibətilə təbriklərini əsirgəmirlər. Əslində prezident İlham Əliyevin seçkiləri qələbə ilə başa vuracağı heç kimdə şübhə doğurmurdu. Bu qələbəni dövlət başçısı son 20 il ərzində həyata keçirdiyi uğurlu daxili və xarici siyasətilə haqq eləmişdi. Üstəlik 30 il işğal altında olan torpaqlarımızı asad edərək ölkəmizin suverenliyi və ərazi bütövlüyünü təmin etməsi onu favarit etmişdi. Heç şübhəsiz ki, siyasi partiyalarin bu qərara gəlməsi onların seçkilərdə müçahidəçi kimi iştirak edən üzvlərinin hesabatları nəticəsində olub. Yəni, seçkiləri müşahidə edən siyasi partiya üzvləri etiraf edirlər ki, növbədənkənar prezident seçkiləri tam demokratik, şəffaf və ədalətli şəkildə keçirilib.Elə növbədənkənar prezident seçkilərinə namizəd kimi qatılmış Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının yaydığı bəyənatda da İlham Əliyevin qələbəsi etiraf edilir: "Ümumilikdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının minlərlə müşahidəçisi, Seçki Qərargahının üzvləri seçki prosesini müsbət xarakterizə etmiş və nəticələrə təsir edə biləcək qanun pozuntularının olmadığını, nəticələrin vətəndaşların iradəsini ifadə etdiyini bildirmişdir. Seçkilərin nəticələri İlham Əliyevin inamlı qələbəsi ilə yanaşı sivil ölkələrdə olduğu kimi ölkəmizdə də güclü çoxpartiyalı sisitemin yaranmasına yol açacaq ciddi siyasi isalahatların aparılması zərurətini növbəti dəfə nümayiş etdirmişdir. BAXCP olaraq seçkilərdə bizə dəstək olmuş tərəfdarlarımıza, təqdim etdiyimiz islahatlar paketinə səs vermiş hər kəsə dərin minnətdarlığımızı bildiririk. BAXCP seçkinin legitimliyini şübhə altına alan iddiaları qəbul etmədiyini bəyan edir".Prezident seçkilərində namizəd kimi iştirak etmiş deputat Razi Nurullayevin rəhbərlik etdiyi Milli Cəbhə Partiyası da seçkilərin ilkin nəticələrinə və "exit poll"arın nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi təbrik edib: "Milli Cəbhə Partiyası bəyan edir ki, seçicilərin seçki məntəqələrinə tam və maneəsiz giriş imkanları təmin edilmiş, müşahidəçilər tərəfindən heç bir qanun pozuntusu qeydə alınmamışdır. Seçkilərin ilkin nəticələrinə və ekzitpolların nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi Milli Cəbhə Partiyasının üzvləri, seçki qərargahının üzvləri və partiyanın sədri Razi Nurullayevin adından təbrik edir, vətənə və millətimizə xeyirli olsun deyirik".Keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası da növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyənatda qeyd olunur ki, partiyanın ümumi müşahidəsinə əsasən bəyan edirik ki, ümumilikdə seçki prosesi qanunvericiliyə uyğun, demokratik və azad rəqabət mühitində təşkil olunmuşdur. Hər bir namizədə ödənişsiz təbliğat imkanlarından, efir vaxtından bərabər şəkildə faydalanmaq, öz təbliğat materiallarını yaymaq və ölkənin bütün ərazisində seçicilərlə kütləvi görüşlər keçirmək imkanı yaradılmışdır. Bununla yanaşı partiyamızın çoxsaylı üzvləri Prezident seçkilərində müşahidəçi olmaq üçün seçki dairələrində və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmişdir. Səsvermə günü Haqq Ədalət Partiyasının qərargahında müşahidəçilərdən gələn məlumatlar təhlil olunmuş və səsvermənin gedişatı analiz edilmişdir: "Analizlərin nəticələrinə əsasən bildirik ki, seçki günü səsvermə, səslərin sayılması və səsvermənin seçki məntəqələri üzrə yekunlarının sənədləşdirilməsi prosesi uğurla və qanunvericiliyə uyğun aparılmış, seçkilərin saxtalaşdırılması ilə bağlı hansısa qanun pozuntularına rast gəlinməmişdir. Seçki prosesində aşkarlıq yüksək səviyyədə təmin olunmuş, müşahidəçilərə prosesi aydın müşahidə etmək üçün bütün imkanlar yaradılmışdır. Seçkilər seçicilərin yüksək fəallığı ilə baş tutmuş və nəticələr Azərbaycan xalqının siyasi iradəsini tamamilə əks etdirmişdir. Hesab edirik ki, Haqq Ədalət Partiyasının da bu seçkilərdə dəstəklədiyi namizəd Ali Baş Komandan İlham Əliyevin xalqın böyük etimadını qazanaraq qələbə çalması haqq və ədalətin qələbəsidir. Bu böyük qələbə münasibətilə partiyamızın çoxsaylı üzvləri adından cənab İlham Əliyevi ürəkdən təbrik edir, qalib Azərbaycanı daha da gücləndirməsi yolunda Prezidentimizə uğurlar arzulayırıq".İlham Əliyevin prezident seçilməsi münasibətilə təbriklərə qoşulan partıyaar sırasında Gələcək Azərbaycan Partiyası da var. Partiyanın yaydığı bəyənatda qeyd olunur ki, "7 fevral seçkiləri öz miqyasına və aktivliyinə görə bundan əvvəlki seçkilərdən xeyli fərqlənmişdir. Səsvermə prosesi boyu seçicilərə hansısa təzyiqlər edilməsinə, yaxud onların fikrini qarışdıra biləcək təbliğat materiallarına rast gəlinməmişdir. Vətən müharibəsinin qalibi olan Azərbaycan xalqının bu seçkilərə yanaşması və öz Ali Baş Komandanına səs verərək onu yenidən qalib etməsi üçün qətiyyət göstərməsi seçkini izləyənləri heyrətləndirmişdir. Bunun nəticəsi olaraq Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilmişdir. Biz seçkinin nəticələrini legitim hesab edir və Prezident İlham Əliyevin yeni qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Hesab edirik ki, bu seçkini məhz Azərbaycan xalqı və dövləti qazanmışdır".Azərbaycan Milli İstiqlal Partiyası da fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Sənəddə qeyd olunur ki, "Partiyanın ölkə üzrə yerli rayon təşkilatlarının verdiyi məlumatlara əsaslanaraq, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin böyük əksəriyyətinin seçkilərin legitim, şəffaf və ədalətli keçdiyi, hər hansı zorakılıq halları müşahidə edilmədiyi ilə bağlı fikirlərini bölüşərək, media təmsilçilərinin məlumatlarını, eləcə də prezidentliyə namizədlərin seçkilərin nəticələri ilə bağlı bəyanatlarını nəzərə alaraq, Azərbaycan Milli İstiqlal Partiyası Prezident seçkilərini baş tutmuş hesab edir, yüksək seçici fəallığı ilə keçirildiyini, həmçinin, keçirilən seçkilərin Azərbaycan xalqının iradəsini özündə əks etdirməklə Azərbaycana qarşı güclənən xarici təhdidlər fonunda növbəti dəfə xalqla dövlətin birliyinin göstəricisinə çevrildiyi qənaətini ictimaiyyətə açıqlayır. Cənab Prezident İlham Əliyevi ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməklə keçirilən Zəfər seçkilərində Azərbaycan xalqının böyük səs çoxluğunu qazanaraq qalib gəlməsi münasibətilə təbrik edir, yeni hədəflər və güclü, demokratik, firavan Azərbaycan uğrunda davamlı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, bu seçkilərdəki qələbə müxtəlif istiqamətlər üzrə islahatların həyata keçirilməsinə təkan verəcək və bundan qazanan məhz Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi olacaqdır.Milli Dirçəliş Hərəkatı Partiyasının yayıdğı bəyanatda bildirilir ki, "Prezident seçkiləri xalqın iradəsini tamamilə əks etdirib və Azərbaycana böyük uğurlar və qələbələr bəxş etmiş İlham Əliyev Azərbaycan Respublikasının yeni prezidenti seçilib. Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi bu seçkilərdə də öz iradəsi və əqidəsi ilə qələbə qazanıb. Xalq və hakimiyyətin birliyi seçkinin uğurlu nəticəsini müəyyənləşdirib. Seçkidən dərhal sonra xalqın bu qələbəni bayram etməsi seçkilərin ədalətli keçirildiyini və xalqın istəyini ifadə etdiyini bir daha təsdiqləyir. Milli Dirçəliş Hərəkatı Partiyası bu möhtəşəm qələbə münasibətilə İlham Əliyevi təbrik edir, partiyamızın çoxsaylı üzvləri adından Prezidentə Azərbaycan naminə yeni-yeni qələbələr arzulayırıq".Yeni Zaman Partiyası da fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, "Yeni Zaman Partiyasının müşahidəçiləri səsvermə prosesində hansısa nöqsanların qeydə alınmadığı haqda məlumatları partiyanın mərkəzi qərargahına günün müxtəlif saatlarında təqdim edib. Bu məlumatları, həmçinin, digər müşahidə missiyalarının, beynəlxalq müşahidəçilərin hesabatlarını, rəylərini nəzərə alaraq deyə bilərik ki, 7 fevral - prezident seçkiləri ədalətli, demokratik, qanunvericiliyin tələblərinə uyğun və şəffaf şəkildə keçirilib. Düşünürük ki, seçkilər düzgün məntiqi sonluqla başa çatdı. Azərbaycan xalqının Vətən müharibəsində də, ondan əvvəlki taleyüklü məsələlərdə də inandığı, arxalandığı və güvəndiyi namizəd İlham Əliyev yenidən xalqın böyük dəstəyini qazanaraq Prezident seçildi. Biz də Yeni Zaman Partiyası olaraq seçkilərin nəticəsini legtim hesab edir və cənab İlham Əliyevi qələbə qazanması münasibətilə ürəkdən təbrik edir, Prezidentə şərəfli fəaliyyətində uğurlar arzulayırıq".Nurlan