EN

Zalujni Britaniyadakı səfir vəzifəsindən imtina edib

Ukrayna Silahlı Qüvvələrinin istefada olan keçmiş baş komandanı Valeri Zalujnı Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsindən imtina edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Washington Post” məlumatlı mənbəyə istinadən yazır.

Qeyd olunur ki, Zalujni Britaniyaya getməkdən imtina edib, çünki bu, mülki mövqedir.

…Zalujnı karyeralı hərbçidir, Ukraynada hərbi vəziyyət olduğu müddətdə o, ordunu tərk edə bilməz.

Bu damaterialda deyilir.

Qeyd edək ki, fevralın 8-də axşam Ukrayna prezidenti Vladimir Zelenski Zalujnı ilə görüş keçirəcəyini açıqlayıb. Onun əsnasında o, keçmiş baş komandana respublikanı “iki il müdafiə etdiyinə görə” təşəkkür edib, onunla Ukrayna ordusunun zəruri yenilənməsini müzakirə edib.

Daha sonra Ukraynanın müdafiə naziri Rustem Umerov Ukrayna Silahlı Qüvvələrinin baş komandanının istefası barədə məlumatı təsdiqləyib.

Nazlı

Chosen
523
4
sia.az

10Sources