EN

“Sivil Toplum” Monitorinq Koalisiyası Belçika Krallığının Azərbaycandakı səfirliyində görüş keçirib

“Sivil Toplum” Monitorinq Koalisiyası Belçika Krallığının Azərbaycandakı səfirliyində görüş keçirib09 fevral 2024-cü il tarixində “Sivil Toplum” Monitorinq Koalisiyası həmsədrləri  Q. Ə. İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) və  Ə. N. Abbasbəyli (“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri) Belçika Krallığının Azərbaycandakı səfirliyində səfirinin müavini Tinneke Everaert ilə görüşüblər.Görüşdə Q. İbrahimli əvvəlcə “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, 07 fevral 2024-cü il tarixdə keçirilən Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkiləri barədə məlumat verib. Sonra  Ə. N. Abbasbəyli isə seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq, seçkilərdə Koalisiyanın müşahidəçilərinin gördüyü işlər barədə məlumat verib, müşahidəçilərin bu prosesdə əhəmiyyətini vurğulayaraq, faydalı olduğunu bildirib.Görüş zamanı, bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Chosen
634
4
adalet.az

5Sources